Feeds:
Записи
Комментарии

Posts Tagged ‘kül’

yazarmishAxşamlar dumanlı mərasimində ətrafa səpələnmiş, hətta havaya da çökmüş xatirələr kimi küllərin də kənara dağılmaması üçün külqabısı nəm olardı. Siqareti tərgidə bilməsə də tüstüsü daha əziz idi. Pis- yaxşı xatirələri, bu illər ərzində itirdiyi dost və əzizləri kimi onu çiyərinə çəkər, bir daha ürəyinə alar, sonra yenidən çölə üfürərək, sankı onları azadlığa buraxardı. Özünü də o dumana, tüsdüyə bənzədərdi, həmişə azad, bir nəfəslik… Çəkdiyi siqaretləri isə gəncliyində atasından oğrun götürüb sümüdükləri kimi ağır nekotinli idi. İndi yaşadığı ölkədə həmin siqaretləri uzun illərdir tapa bilməsə də oxşar dadlısını çəkir, onlarla birgə gəncliyindən bəri əziz xatirələrinin tamına xəyanət eləmirdi. Elə həyatı da bu siqaretlər kimi ağır, xeyli acı, çətin çəkilən idi. bampw-black-amp-white-black-and-white-dark-darkness-Favim.com-411318
Yenə də axşam düşmüş, artıq 10 ildən çoxdur ki, pənah gətirdiyi sərt iqlimli ucqar bir dağ kəndində hüzurlu bir sakitlik çökmüşdü. Siqareti damağında bağa qənşər duran eyvanında əyləşərək gecə ainlərinə başlamış, yenə xatirələr üstünə hücum çəkmiş, kədərini sevincinə qataraq gecənin təmiz havasını tüstüsünə bürümüşdü. Onu burda hamı yaxşı tanıyırdı, lakin 47 yaşını haqlamış bu qadının hardan gəldiyini, kim olduğunu və nə üçün burada tənha yaşadığını bilən bir kəs də yox idi. Çoxu onun yabancısayağı adının da doğru olduğuna şübhə edirdi və onlar yanılmırdılar. Səbinə Qoral onun yeni adıydı. ( Dəyişdiyi soyadı, “Qoral”ı iki sözdən düzəltmişdi siqareti ard-arda şəkdiyi üçün bir brinin qoruna yandırır, çox vaxt qor alırdı sanki). Təzədən başlamağa qərar veridiyi həyatında bu ad ona daha çox uğur və şöhrət gətirmişdi. Düzdü buralarda heç kim onun şöhrətindən xəbərdar deyildi. Bu kəndən əli qabarlı alnı qırışçıq insanı ağlına belə gətirməzdi ki, dünyanın bir çox ölkələrində kitabları əldən-ələ gəzən çox məşhur bir yazıçı ilə bir kənddə yaşayır, onunla eyni palçıqlı yolları gedir…

smoke-on-tracks

Bu da həyatın ayrı bir yol əhvalatıdır… O öz böyük şöhrətini buralarda kiçik kəndin adı qadının həyatına sığdıra bilmişdi. Minlərələ oxucunun həmsöhbət olmaq istədiyi bu yazıçının, günün istənilən saatında qapısını döyüb dərdlərini danışa bilmə kimi imkanları vardı. Adam bəzən Tanrı ilə də bir kənddə yaşaya bilər…

Səbinə bu kəndin az qala həkimi, müəllimi, hüquqşünası — ən çətin anlarda ən asan yol göstərəni idi. Nə qədər adi kəndli qadını həyatı yaşamaq istəsə də insanlara yardım etmək eşqi hələ də sönməmişdı. O bura köçəndən sonra kənd də simasını xeyli dəyişmiş, daha çox yaxşı yolu-izi, işığı, məktəbi, xəstəxanası olan qəsəbəyə bənzəməyə başlamışdı. Artıq ətraf yaşayış məntəqlərindən, hətta rayon mərkəzindən də xeyli yaxşı şəraiti olan kəndə xəstəxanaya, məktəbə və işləməyə gələnlər var idi. Səbinə kəndin uğur simvolu idi. Bunu hər kəs duyurdu, amma nə tilsim idisə kimsə duyurmurdu. Bu dəyişikliklərin onunla əlaqəsi olmasından şübhələnənlər də, qadının özünün çox sadə həyat yaşadığını görüb bu fikirləri özündən uzaq tutanlar da, hər kəsin inandığı bir şey var idi, o bu kəndə gələndən Tanrı onların üzünə gülməyə başlamışdı. Kəndlilərin bu şübhələri də havadan deyildi. Səbinə əcnəbi dildə yazıb, xarici mətbəələrdə çap etdirdiyi kitablarından aldığı qanorarlar da bu sadə insanların xəyalına belə gəlməzdi. O bu pulların demək olar ki,
bampw-black-amp-white-black-and-white-dark-darkness-Favim.com-430908böyük qismini ürəyindən tikan çıxarmaq üçün adını gizli saxlayaraq xeyriyyəçiliyə xərcləyirdi. Yerdə qalan o qədər də böyük olmayan hissəsini dolayısı yolla bu gözəl təbiətli dağ kəndinin həyat şəraitini yüngülləşdirmək üçün sərf edirdi. İldə bir təşkilat gəlib kənddə məktəb, xəstəxana, baxça, xitabxana, yol inşa edir, sahibkarlar buranın səfalı suyundan tutmuş meyvəsinəcən qiymətli bilib, kiçik fabrik-zavod tikirdi. Kənd camaatı isə tikinti və müəssisələrdə işləyib, məhsullarını satıb güzaranlarını düzəldirdilər. Artıq son iki il idi ki, Səbinə kəndə daha pul xərcləmir, kənd özü öz yaşayışını təmin edir, əksinə getdikcə turistlərin axışdığı məkana çevrilərək qonaqların diqqətini də cəlb etməyə başlayırdı. Düzdü qərib adam görəndə bu Səbinənın heç xoşuna gəlmirdi, amma kəndə özü kimi yeni həyata başlamağa şans verməsi, onun yeni siması, kəndlilərin üzündəki gələcəyə ümid dolu ifadələri görmək yazarın çox xoşuna gəlirdi, onun aləmində Tanrı da bir yazardı.

tustu

Səbinə bilirdi ki, bu kənd heç zaman dönüb böyük şəhər olmayacaq, qorxuları əbəsdir, amma uzun müddət ölkəsinin ən xöşbəxt kəndi kimi qala biləcək. O, öz ölkəsi üçün ömrünün gənc çağlarını xərcləmiş, bütün ümid və arzularını ona bağlamış, lakin bütün dostları, yoldaşları kimi mübarizə yolunda yıpranıb, ölkəsini elə də xöşbəxt edə bilməmişdi. Demokratik, azad cəmiyyət üçün vuruşan bütün dostları ya ölkədən didərgin düşmüş, ya həyatı zindanlarda çürümüş, ya da mübarizədən yorulub acı taleləri ilə barışaraq batmış ümidlərinin bulanıq sularında intihar etmişdilər. Onlar cəmiyyət üçün hər şeylərini fəda etmiş, min bir zillət görmüş, olmazın mərhumiyyətlərini yaşamışdılar. Lakin uğrunda vuruşduqları cəmiyyət bu azadlığa hazır ola bilməmiş, getdikcə qanlarına hopan qul xislətlərindən qurtulmağı bacarmadığından azadlıq eşqi ilə doğulan körpəni böyüməyə qoymamış, hər dəfə bir yerini şikəst edərək, sonunda boğub öldürmüşdülər. Səbinə da bu körpənin bədəninin bir parçası idi, ölkədə baş qaldıran demokratik dalğının önündə gedir, içtimai-siyasi fəaliyyətlə məşğul olurdu. Əsl adı Səbinə Eminbəyli idi. Özü ölkənin ikinci böyük, eyni zamanda dərin tarixi ənənəli olan şəhərindən idi. İstedadı və zəhməti sayəsində getdikcə çox tanınmış bir simaya çevrilmişdi. Onu məşhurlaşdıran mübarizəsi idi.

hebsde

Azad düşüncəsindən dolayı zaman-zaman o da məsləkdaşları kimi çətin həyat yaşayır, qadın olmasına rəğmən dəfələrcə fiziki təzyiqlərə belə məruz qalır, sonuncuda isə əksər dostları kimi həbs olunaraq üç il məhkumluq həyatı yaşamışdı. Əsas məsləyi olan jurnalistlikdən yazıçılağa keçməyə də orada, zindan divarları arasında başlamışdı.

Səbinə uzun boylu, incə, mavi gözlü, sabah günəşi kimi bərq vuran açıq sarışın saçlı yaraşıqlı bir qız idi. Zərifliyi təki, sərt xasiyyəti də ona bir başqa gözəllik verirdi, ətrafındakı heç bir həmyaşıdına bənzəmirdi. Hər zaman enerjililiyi, işgüzarlığı, həyata baxışları, inancları və fərqli dəyərləri ilə də hamının diqqətini çəkirdi. Çox prinsipial idi və bu xasiyyəti ona başqaları kimi yaşamağa imkan vermirdi.

lifes-struggles

Böyük istedadı olduğu üçün məhz bu cəmiyyətin dəyərlərini qəbul edə bilmir, uyğunlaşıb hamı kimi imkan düşüncə faydalanaraq yaşamağı bacarmırdı. Əksər həmyaşıdlarından daha çox uğur qazanmış, tanınmış televiziya və qəzetlərin məşhur jurnalistinə çevrilmiş, siması və imzası çoxları üçün ideal olmağa başlamışdı. Lakin ölkəsində azad sözün havası gedərək tükəndikcə Səbinə də bir jurnalist kimi boğulmağa başlamış, mübarizəsini içtimai və siyasi müstəviyə keçirməli olmuşdu. Dürüstlüyü və təmiz adı, yaxşı nüfuz qazanması ona burda da uğur gətirirdi. Lakin 17 yaşından inandığı və getdikcə formalaşan dəyərlərinin arxasınca düşərək öz şəxsi həyatnı və arzularını da unutmuşdu, uzun illər çalışsa da xaricdə təhsil ala bilməmiş, zaman imkan verməmiş və sonda bu istəyindən də əl çəkməli olmuşdu. Artıq 34 yaşında dövlətə xəyanət damğası ilə zindana atılanda məlum oldu ki, onun özü ilə daşıdığı dəyərlərə cəmiyyətində tələbat yox imiş. Çox vaxt dərmən acı olur deyirlər… Azadlıq kəlməsi bu ellərə yad idi və onun da azadlığına əl qoymağa cəhd etdilər. Lakin ruhən azadlığını heç kim ala bilmədi və bu gün yeni adla yaşadığı kiçik kəndində o sonsuz azadlığının bayramını edirdi.

yazar 3Fəqət, azad olduğu qədər də hər zaman keçmişinə bağlı idi. Keçmişdə itirilmiş ümidləri, dostları əzizləri var idi. Məhkəmədə qızının 3 il həbs cəzasına məhkum olunduğunu eşidən anasının ürəyi dözməmiş, infakt keçirmiş, 1 il sonra da eyni səbəbdən atası vəfat etmişdi. Ailəsinin yeganə övladı idi və artıq həyatında heç bir yaxını qalmamış, qohum-əqrəbəsi də təzyiqlərdən çəkinərək ondan üz döndərmişdi. Dostlarının çoxu oxşar aqibəti yaşamış və ya ölkədən didərgin salınmışdı. Sabina artıq tənhalığa zindanda alışmağa başlamış, ona yeganə doğma olan, hər zaman gizlədiyi qələm-kağıza mehir salmışdı. Məhkumluq illəri çox məhsuldar idi; 3 ilə iki cilidli kitab yazmışdı, amma daha o öz doğma dilində yazmırdı və yazdıqları da ölkəsinin insanları üçün deyildi. Tezliklə soyadını dəyişib Qoral edən Səbinə Sabina Qora imzası ilə çap olunmağa başladı. Heç zaman ağlına da gəlməzdi ki, yazdığı əsərlər təxminən 10 il sonra ölkəsinə də ayaq açacaq və bir zamanlar onu dışlayıb, özündən kəsib atan cəmiyyətində çox populyarlaşacaq. Görünür ölkəsində insanlar bir zaman Səbinənin carçısı olduğu dəyərlərə indi susamağa başlamışdı. Ölkəsi hələ də bulaşdığı çirkablardan azad olmağa çalışsa da Səbinə kiçik kəndində özünü hər şeydən uzaq tutmağa çalışır, ölkənin gündəmi ilə maraqlanmırdı. O zamanlardan 13 il keçmiş, çox şey dəyişmişdi, amma əksər bölgələrdə insanlar hələ də 20 il bundan öncə olduğu kimi kasıb yaşayırdı. Bu kənd isə sankı artıq bu cəmiyətə məxsus deyil, Səbinənin özü kimi.

yaziciAzadlıq qoxan daha bir gün belə başa çatmış, Səbinənin gözlərinə ümid, inama qarışmış kədər qonmuşdu. Dumanlı keçmişini bir daha vərəqlədikdən sonda o yenə siqaret kötüyünü acı xatirələrinin izi kimi yaş külqabıda isladıb keçmişi ilə birgə izini itirməyə çalışırdı. Dərhal da siqaret kötüklərini gəncliyindən adət etdiyi kimi gözdən-könüldən uzaq yerə atardı. Böyüdüyü şəhərdə qadınlar artıq gizlində siqaret çəkməyə ehtiyac görməsə də oralardan xeyli uzaqda sığındığı ucqar kənddə siqaret çəkən qadına münasaibət heç dəyişməmişdi. O kötükləri atmağı sevsə də çətinliklə əldə etdiyi siqaret qutusunu əziz xatirələri kimi qoruyur, gizlində saxlayırdı. Hər yeni siqaret onun üçün hələ də özünü bir parçası hesab etdiyi cəmiyyəti, onunla bağlı yaşantıları ilə yenidən görüşü idi. Bir neçə dəqiqəlik yenidən dostları-düşmənləri ilə iç-içə, göz-gözə olur, sanki onlarla söhbət edir, xəyyalları tüstü-duman içində dolaşır və yenidən qarşılaşdığı keçmişinin ürəyindəki acılarını söndürərək, ruhunu onlardan azad edirdi. Siqaret onun üçün həm yanğısının tüstüsü, həm sərinliyinin dumanı idi, bağlılıq və azadlıq kimi…

Təhminə Tağızadə

Read Full Post »