Feeds:
Записи
Комментарии

Dostlar, əlimə təsadüfən düşən bir kitabı sizlərlə paylaşmağı qərar verdim. Nə ağlamalıdı, nə gülməli, sadəcə qan qurudan komediyadır. Kitabın ikinci hissəsi də var. Onu da bu yaxınlarda paylaşacam.

Kurd ve azerbaycanilarin tarixi dostlugu

Реклама

b-00001444-a-00000549Daşkəsəndən bir Qazabağ qazısı mənə bu rayonda və ümumiyyətlə orduda baş verənlərdən narahatçılıq keçirərək, bir məktub yazıb, sadəcə düşüncələrini paylaşmaq istəyib. O vətən yolunda savaşmış biri kimi ordu rəhbərlərinə haqlı suallar da verir, bu suallara cavabı bu gün digər vətəndaşlarımız da tələb edir. Onun yazdıqlarını sizlərlə paylaşmaq qərarına gəldim.

“Salam! Bu gün Daşkəsəndə olan əsgərlərlə hec kim maraqlanmır, burda əsgərlərin forması nə gündədir, əsgər bir gündə nə qədər yemək yeyir? Çox cətindir. Mən gedib görmüşəm nələr çəkirlər, o əsgərlər yazqdır axı… Bu gün Azərbaycan ordusunda xidmət edən əsgərlər, onlar nə əzablar çəkirlər, bir özləri, bir də Allah bilir…

Elə əsgərlər var ki, heç hərbi hissənin üzünü görmürlər, imkanlı ataları onlara yaxınlıqda kirayə ev tutub, bəy balası kimi saxlayırlar, imkansız əsgərlər isə az qala dilənçi vəziyyətində qulluq edirlər, and içmə mərasimində övladını görməyə gələn ata-ana kirdən-pasdan öz uşağını az qala tanımır.

Amma bu hərbi hissənin komandiri Polad, elə hərbi hissənin içində özü üçün şəxsi mağaza açıb, əsgərə yemək satır. Hökümətdəkilərin dediklərinə görə, bizim ordumuzun büdcəsi Ermənistanın büdcəsinə bərabərdir, bəs belə ordunun əsgəri niyə bit-kir, pas içində xidmət ələməlidi görəsən?

Hərbi xidmət ərzində bir əsgər postda 20 gündən artıq qalmamalıdır, amma burda əsgərlər postda 6 ay davamlı şekildə qalırlar, bu da gənc, 18-19 yaşlı oğlana elə bir zərbə demekdir ki, bu onun üçün gələcəkdə kişi sonsuzluğu ilə nəticələnən xəstəliklərə səbəb olur. Bu ölkənin gələcəyini ermənilər yox, öz zabitlərimiz məhv edirlər, dövlət isə bunun müqabilində onlara ayda 800-1000 manat əmək haqqı verir. Belə dövlət «ALQIŞA» laiqdir, daha nə deyim?!

Bu gün Daşkəsəndə ölən əsgərə görə qərərgah rəisini işdən azad ediblər, həbs edilmiş iki yüksək rütbəli hərbiçini isə azadlığa buraxıblar. Bu işdə ziyan çəkən ise yenə bir sıravi əsgər və hərbi xidmətdən sonra qalib işləyən bir giziri oldu, onları həbs ediblər. Briqada komandiri Poladın isə, bir ulduzunu alıblar, yəni podpolkovnik rutbəsini mayor rütbəsi ilə əvəz ediblər. Budurmu haqq edalet?

Bu qeyd etdiyim yüksək rütbəli hərbiçilərin hamısı həbs edilməli idi, amma bu ölkədə heç zaman günahkarı cəzalandırmırlar.

2010-cu ilin yanvarında dab u hərbi-hissədə dəhşətli olay yaşanmışdı, öz başınalıqlardan bezən iki əsgər təhqir olunduqlarına görə komandirlərini, qərargah rəislərini və daha dörd hərbiçini güllələmiş, iki zabiti isə yaralamışdılar. Həmin əsgərlər sonra deyilənə görə intiharetmişdilər. O zamandan üç il ötüb, amma bu hərbi hissədə, elə digərlərində də az qala hər gün bu cür dəhşətli hadisələr olur. Çünki orduda baş verənlərə görə heç kim ciddi cəzalandırılmır.

Bu gün bir ana isə yetimçiliklə böyütdüyü, onun gələcəyi olan birce övladının yarımçıq taleyinə fəryad edir, ah-naləsi ile baş-başa qalib…

1350730329_dnvuovamsymBu gün, bu hadisələrin içində böyüyən gənc nəsil, sabah bu dövlət müharibə etməli olsa, hansı əhval-ruhiyyə ile erməni üstünə gedəcəyik? Kim övladını belə orduya göndərəcək? Bu gün əsgərini öldürən ordunun rəhbəri çıxıb deyir ki, guclu ordum var. Belə davam etsə bir neçə ildən sonra Azerbaycan ordusu bundan da betər olacaq, bizə erməni lazim deyil, elə özləri əsgərlərimizi bir-bir öldürüb ordunu bitirəcəklər.

Bu vətəndaşları qoymurlar öz torpağında 5-3 manat qazanıb kasıbçılığını eləsinlər. Bu kasıbın hər şeyini əlindən alıblar, yaxşı balasını niyə öldürürlər axı?

Mən əlimdə silah, bu vətən üçün can qoyanda, o hərbi hissənin komandiri heç Daşkəsən adlı rayonun nəinki xəritədə yerini, heç adını belə bilmirdi. Indi gəlib burda caamatın övladına qənim kəsilib.

Andiçmə mərasiminə kimi tez tərpənən valideyndən azı 3000 manat alıb, uşağını hərbi hissənin özündə saxlayır, pul tapıb gətirə bilməyən kasıbın balası isə, Allah saxlasın. getdi posta. Mən heç o komandirin özünun bir defe posta qalxıb, əsgərin orda nə hisslər keçirdiyini, hansı çətinliklər çəkdiyini öyrənməyə cəhd etməsinə inanmıram.

O qədər iyrəncliklər var ki, yazmaqla bitməz. O gün baş vermiş bir hadisə eşitdim, bu heç bir millətdə görünməmiş alçaqlıq idi. Daşkəsəndəki əsgərin yanına valideyinləri ilə birlikdə nişanlısı gəlibmiş, komandir əsgərə yaxınlaşıb deyib ki, “O qız kim idi? Onun telefon nömrəsini mənə ver”. Inanırsınız, bu hərbiçilər o qədər qudurublar ki, bunlar Azərbaycan ordusunun zabitləri deyillər bəlasıdırlar.

Bir də, bilirsiniz məni ən çox nə düsündürür, o hərbi hissədə əsgər döyən komandirlər var ey, onlar evlərinə gələndə öz övladlarını görəndə. ələxsus da oğlan övladlarınə hansı hissləri keçirirlər, ürəklərindən nə keçir? Yaxud da əsgərləri döyəndə heç öz balaları gözlərinin önünə gəlirmi, onları o yazıq əsgərin yerində təsəvvür edə bilirlərmi????

Daşkəsən hər baxımdan unudulmuş, bir yerdi. Hindistanda bir şəhər var, xalq tərəfindən lənətlənib. Amma Daşkəsən respublikanın ən vacib rayonudur, onu hökümətin başında oturanlar lənətlənmiş günə salıb.

Müharibə dövründə Daşkəsən rayonunun 60 nəfərdən ibarət könüllü yerli batalyonu var idi. İndiki nazir isə o zaman korpus komandiri idi. Həmin o yerli batalyon Başkənd əməliyyatını yerinə yetirib və Başkəndi, Daşkəsənin bu yerli batalyonu ermənidən geri alıb.

Tarixə qayıdaq, həmin dövrdə Daşkəsən batalyonu Göyçə ilə sərhəddə erməninin başına od ələyirdi. Ondan sonra Səfər Əbiyev Başkəndi alan həmin uşaqları vətənə xəyanət — 57-ci maddə ilə həbs etdirdi.

İndi o oğlanlarımız hamısı xəstə şikəst vəziyyətdə sürünürlər, əhvə düşən-düşüb, düşməyənin aqibətini isə bir Allah bilir. O uşaqların əziyyətinin şahidi İsaxan Sadıqovdur.

Mənim evimdə bu gün gələcəyin əsgəri böyüyür. Bizim özümüzə bir qiymət verməyiblər, eybi yox, təki Vətən sağ olsun! Amma bu körpələri niyə bədbəxt edirlər, niyə müharbə olmayan dövlətdə analar oğul deyib fəryad etməlidir ki? Vətən yolunda tökülən qan, qan deyil, şərəfdir, şandır! Müharibə edib mərdi-mərdanə torpaqlarımızı ala bilmirlər, heç olmaya bu özbaşınalığa son qoyulsun!”.

Tüstü

yazarmishAxşamlar dumanlı mərasimində ətrafa səpələnmiş, hətta havaya da çökmüş xatirələr kimi küllərin də kənara dağılmaması üçün külqabısı nəm olardı. Siqareti tərgidə bilməsə də tüstüsü daha əziz idi. Pis- yaxşı xatirələri, bu illər ərzində itirdiyi dost və əzizləri kimi onu çiyərinə çəkər, bir daha ürəyinə alar, sonra yenidən çölə üfürərək, sankı onları azadlığa buraxardı. Özünü də o dumana, tüsdüyə bənzədərdi, həmişə azad, bir nəfəslik… Çəkdiyi siqaretləri isə gəncliyində atasından oğrun götürüb sümüdükləri kimi ağır nekotinli idi. İndi yaşadığı ölkədə həmin siqaretləri uzun illərdir tapa bilməsə də oxşar dadlısını çəkir, onlarla birgə gəncliyindən bəri əziz xatirələrinin tamına xəyanət eləmirdi. Elə həyatı da bu siqaretlər kimi ağır, xeyli acı, çətin çəkilən idi. bampw-black-amp-white-black-and-white-dark-darkness-Favim.com-411318
Yenə də axşam düşmüş, artıq 10 ildən çoxdur ki, pənah gətirdiyi sərt iqlimli ucqar bir dağ kəndində hüzurlu bir sakitlik çökmüşdü. Siqareti damağında bağa qənşər duran eyvanında əyləşərək gecə ainlərinə başlamış, yenə xatirələr üstünə hücum çəkmiş, kədərini sevincinə qataraq gecənin təmiz havasını tüstüsünə bürümüşdü. Onu burda hamı yaxşı tanıyırdı, lakin 47 yaşını haqlamış bu qadının hardan gəldiyini, kim olduğunu və nə üçün burada tənha yaşadığını bilən bir kəs də yox idi. Çoxu onun yabancısayağı adının da doğru olduğuna şübhə edirdi və onlar yanılmırdılar. Səbinə Qoral onun yeni adıydı. ( Dəyişdiyi soyadı, “Qoral”ı iki sözdən düzəltmişdi siqareti ard-arda şəkdiyi üçün bir brinin qoruna yandırır, çox vaxt qor alırdı sanki). Təzədən başlamağa qərar veridiyi həyatında bu ad ona daha çox uğur və şöhrət gətirmişdi. Düzdü buralarda heç kim onun şöhrətindən xəbərdar deyildi. Bu kəndən əli qabarlı alnı qırışçıq insanı ağlına belə gətirməzdi ki, dünyanın bir çox ölkələrində kitabları əldən-ələ gəzən çox məşhur bir yazıçı ilə bir kənddə yaşayır, onunla eyni palçıqlı yolları gedir…

smoke-on-tracks

Bu da həyatın ayrı bir yol əhvalatıdır… O öz böyük şöhrətini buralarda kiçik kəndin adı qadının həyatına sığdıra bilmişdi. Minlərələ oxucunun həmsöhbət olmaq istədiyi bu yazıçının, günün istənilən saatında qapısını döyüb dərdlərini danışa bilmə kimi imkanları vardı. Adam bəzən Tanrı ilə də bir kənddə yaşaya bilər…

Səbinə bu kəndin az qala həkimi, müəllimi, hüquqşünası — ən çətin anlarda ən asan yol göstərəni idi. Nə qədər adi kəndli qadını həyatı yaşamaq istəsə də insanlara yardım etmək eşqi hələ də sönməmişdı. O bura köçəndən sonra kənd də simasını xeyli dəyişmiş, daha çox yaxşı yolu-izi, işığı, məktəbi, xəstəxanası olan qəsəbəyə bənzəməyə başlamışdı. Artıq ətraf yaşayış məntəqlərindən, hətta rayon mərkəzindən də xeyli yaxşı şəraiti olan kəndə xəstəxanaya, məktəbə və işləməyə gələnlər var idi. Səbinə kəndin uğur simvolu idi. Bunu hər kəs duyurdu, amma nə tilsim idisə kimsə duyurmurdu. Bu dəyişikliklərin onunla əlaqəsi olmasından şübhələnənlər də, qadının özünün çox sadə həyat yaşadığını görüb bu fikirləri özündən uzaq tutanlar da, hər kəsin inandığı bir şey var idi, o bu kəndə gələndən Tanrı onların üzünə gülməyə başlamışdı. Kəndlilərin bu şübhələri də havadan deyildi. Səbinə əcnəbi dildə yazıb, xarici mətbəələrdə çap etdirdiyi kitablarından aldığı qanorarlar da bu sadə insanların xəyalına belə gəlməzdi. O bu pulların demək olar ki,
bampw-black-amp-white-black-and-white-dark-darkness-Favim.com-430908böyük qismini ürəyindən tikan çıxarmaq üçün adını gizli saxlayaraq xeyriyyəçiliyə xərcləyirdi. Yerdə qalan o qədər də böyük olmayan hissəsini dolayısı yolla bu gözəl təbiətli dağ kəndinin həyat şəraitini yüngülləşdirmək üçün sərf edirdi. İldə bir təşkilat gəlib kənddə məktəb, xəstəxana, baxça, xitabxana, yol inşa edir, sahibkarlar buranın səfalı suyundan tutmuş meyvəsinəcən qiymətli bilib, kiçik fabrik-zavod tikirdi. Kənd camaatı isə tikinti və müəssisələrdə işləyib, məhsullarını satıb güzaranlarını düzəldirdilər. Artıq son iki il idi ki, Səbinə kəndə daha pul xərcləmir, kənd özü öz yaşayışını təmin edir, əksinə getdikcə turistlərin axışdığı məkana çevrilərək qonaqların diqqətini də cəlb etməyə başlayırdı. Düzdü qərib adam görəndə bu Səbinənın heç xoşuna gəlmirdi, amma kəndə özü kimi yeni həyata başlamağa şans verməsi, onun yeni siması, kəndlilərin üzündəki gələcəyə ümid dolu ifadələri görmək yazarın çox xoşuna gəlirdi, onun aləmində Tanrı da bir yazardı.

tustu

Səbinə bilirdi ki, bu kənd heç zaman dönüb böyük şəhər olmayacaq, qorxuları əbəsdir, amma uzun müddət ölkəsinin ən xöşbəxt kəndi kimi qala biləcək. O, öz ölkəsi üçün ömrünün gənc çağlarını xərcləmiş, bütün ümid və arzularını ona bağlamış, lakin bütün dostları, yoldaşları kimi mübarizə yolunda yıpranıb, ölkəsini elə də xöşbəxt edə bilməmişdi. Demokratik, azad cəmiyyət üçün vuruşan bütün dostları ya ölkədən didərgin düşmüş, ya həyatı zindanlarda çürümüş, ya da mübarizədən yorulub acı taleləri ilə barışaraq batmış ümidlərinin bulanıq sularında intihar etmişdilər. Onlar cəmiyyət üçün hər şeylərini fəda etmiş, min bir zillət görmüş, olmazın mərhumiyyətlərini yaşamışdılar. Lakin uğrunda vuruşduqları cəmiyyət bu azadlığa hazır ola bilməmiş, getdikcə qanlarına hopan qul xislətlərindən qurtulmağı bacarmadığından azadlıq eşqi ilə doğulan körpəni böyüməyə qoymamış, hər dəfə bir yerini şikəst edərək, sonunda boğub öldürmüşdülər. Səbinə da bu körpənin bədəninin bir parçası idi, ölkədə baş qaldıran demokratik dalğının önündə gedir, içtimai-siyasi fəaliyyətlə məşğul olurdu. Əsl adı Səbinə Eminbəyli idi. Özü ölkənin ikinci böyük, eyni zamanda dərin tarixi ənənəli olan şəhərindən idi. İstedadı və zəhməti sayəsində getdikcə çox tanınmış bir simaya çevrilmişdi. Onu məşhurlaşdıran mübarizəsi idi.

hebsde

Azad düşüncəsindən dolayı zaman-zaman o da məsləkdaşları kimi çətin həyat yaşayır, qadın olmasına rəğmən dəfələrcə fiziki təzyiqlərə belə məruz qalır, sonuncuda isə əksər dostları kimi həbs olunaraq üç il məhkumluq həyatı yaşamışdı. Əsas məsləyi olan jurnalistlikdən yazıçılağa keçməyə də orada, zindan divarları arasında başlamışdı.

Səbinə uzun boylu, incə, mavi gözlü, sabah günəşi kimi bərq vuran açıq sarışın saçlı yaraşıqlı bir qız idi. Zərifliyi təki, sərt xasiyyəti də ona bir başqa gözəllik verirdi, ətrafındakı heç bir həmyaşıdına bənzəmirdi. Hər zaman enerjililiyi, işgüzarlığı, həyata baxışları, inancları və fərqli dəyərləri ilə də hamının diqqətini çəkirdi. Çox prinsipial idi və bu xasiyyəti ona başqaları kimi yaşamağa imkan vermirdi.

lifes-struggles

Böyük istedadı olduğu üçün məhz bu cəmiyyətin dəyərlərini qəbul edə bilmir, uyğunlaşıb hamı kimi imkan düşüncə faydalanaraq yaşamağı bacarmırdı. Əksər həmyaşıdlarından daha çox uğur qazanmış, tanınmış televiziya və qəzetlərin məşhur jurnalistinə çevrilmiş, siması və imzası çoxları üçün ideal olmağa başlamışdı. Lakin ölkəsində azad sözün havası gedərək tükəndikcə Səbinə də bir jurnalist kimi boğulmağa başlamış, mübarizəsini içtimai və siyasi müstəviyə keçirməli olmuşdu. Dürüstlüyü və təmiz adı, yaxşı nüfuz qazanması ona burda da uğur gətirirdi. Lakin 17 yaşından inandığı və getdikcə formalaşan dəyərlərinin arxasınca düşərək öz şəxsi həyatnı və arzularını da unutmuşdu, uzun illər çalışsa da xaricdə təhsil ala bilməmiş, zaman imkan verməmiş və sonda bu istəyindən də əl çəkməli olmuşdu. Artıq 34 yaşında dövlətə xəyanət damğası ilə zindana atılanda məlum oldu ki, onun özü ilə daşıdığı dəyərlərə cəmiyyətində tələbat yox imiş. Çox vaxt dərmən acı olur deyirlər… Azadlıq kəlməsi bu ellərə yad idi və onun da azadlığına əl qoymağa cəhd etdilər. Lakin ruhən azadlığını heç kim ala bilmədi və bu gün yeni adla yaşadığı kiçik kəndində o sonsuz azadlığının bayramını edirdi.

yazar 3Fəqət, azad olduğu qədər də hər zaman keçmişinə bağlı idi. Keçmişdə itirilmiş ümidləri, dostları əzizləri var idi. Məhkəmədə qızının 3 il həbs cəzasına məhkum olunduğunu eşidən anasının ürəyi dözməmiş, infakt keçirmiş, 1 il sonra da eyni səbəbdən atası vəfat etmişdi. Ailəsinin yeganə övladı idi və artıq həyatında heç bir yaxını qalmamış, qohum-əqrəbəsi də təzyiqlərdən çəkinərək ondan üz döndərmişdi. Dostlarının çoxu oxşar aqibəti yaşamış və ya ölkədən didərgin salınmışdı. Sabina artıq tənhalığa zindanda alışmağa başlamış, ona yeganə doğma olan, hər zaman gizlədiyi qələm-kağıza mehir salmışdı. Məhkumluq illəri çox məhsuldar idi; 3 ilə iki cilidli kitab yazmışdı, amma daha o öz doğma dilində yazmırdı və yazdıqları da ölkəsinin insanları üçün deyildi. Tezliklə soyadını dəyişib Qoral edən Səbinə Sabina Qora imzası ilə çap olunmağa başladı. Heç zaman ağlına da gəlməzdi ki, yazdığı əsərlər təxminən 10 il sonra ölkəsinə də ayaq açacaq və bir zamanlar onu dışlayıb, özündən kəsib atan cəmiyyətində çox populyarlaşacaq. Görünür ölkəsində insanlar bir zaman Səbinənin carçısı olduğu dəyərlərə indi susamağa başlamışdı. Ölkəsi hələ də bulaşdığı çirkablardan azad olmağa çalışsa da Səbinə kiçik kəndində özünü hər şeydən uzaq tutmağa çalışır, ölkənin gündəmi ilə maraqlanmırdı. O zamanlardan 13 il keçmiş, çox şey dəyişmişdi, amma əksər bölgələrdə insanlar hələ də 20 il bundan öncə olduğu kimi kasıb yaşayırdı. Bu kənd isə sankı artıq bu cəmiyətə məxsus deyil, Səbinənin özü kimi.

yaziciAzadlıq qoxan daha bir gün belə başa çatmış, Səbinənin gözlərinə ümid, inama qarışmış kədər qonmuşdu. Dumanlı keçmişini bir daha vərəqlədikdən sonda o yenə siqaret kötüyünü acı xatirələrinin izi kimi yaş külqabıda isladıb keçmişi ilə birgə izini itirməyə çalışırdı. Dərhal da siqaret kötüklərini gəncliyindən adət etdiyi kimi gözdən-könüldən uzaq yerə atardı. Böyüdüyü şəhərdə qadınlar artıq gizlində siqaret çəkməyə ehtiyac görməsə də oralardan xeyli uzaqda sığındığı ucqar kənddə siqaret çəkən qadına münasaibət heç dəyişməmişdi. O kötükləri atmağı sevsə də çətinliklə əldə etdiyi siqaret qutusunu əziz xatirələri kimi qoruyur, gizlində saxlayırdı. Hər yeni siqaret onun üçün hələ də özünü bir parçası hesab etdiyi cəmiyyəti, onunla bağlı yaşantıları ilə yenidən görüşü idi. Bir neçə dəqiqəlik yenidən dostları-düşmənləri ilə iç-içə, göz-gözə olur, sanki onlarla söhbət edir, xəyyalları tüstü-duman içində dolaşır və yenidən qarşılaşdığı keçmişinin ürəyindəki acılarını söndürərək, ruhunu onlardan azad edirdi. Siqaret onun üçün həm yanğısının tüstüsü, həm sərinliyinin dumanı idi, bağlılıq və azadlıq kimi…

Təhminə Tağızadə

Balta ilə dil kəsənlər

Oturduğunuz çürük budağı daha öncə kəsdiyinizin fərqindəsinizmi?!

Ölkədə neçə gündü az qala, Qarabağı almış, bütün düşmənlərini qırıb-bitirmiş kimi eyforiya yaşanır. Biri-birini təbrik edənə, sevincdən özünü yırtıb-tökənə, sosial şəbəkələrdə tez-tələsik profil şəkillərini dəyişib Ramil Səfərovun fotosunu qoymaqla xəstə vətənpərvər görkəmlərinə girənə, bundan hökümətə yarınmaq üçün fürsət bulana bax. Bu olayda da əksəriyyət urapatriotik-vətənşüvənlik təfəkkürə sadiq qalmağı bacardı. Əhsən hünərimizə!

Demirəm ki, Ramilin vətənə qayıdışından sevinc hissi keçirməyə heç bir əsas yoxdu. Bu talançı hökümətin bütün cinayətlərini bağışlamağı bacaran bir xalq həyatını kifayət qədər bərbad etdiyi “qəhrəmanını” niyə əhf etməsin ki? Düşməni ilə ucuz savaşında qurbana çevirdiyi zabitinin aldığı cəzada bu xalqın da az payı yoxdur, görəsən, onu kim bağışlayacaq? Biz hələ ki, səhv etməkdən doymuruq, uydurduğumuz və ya bizə sırınan “qələbə”, “düşmən”, “qəhramanlıq” kimi oyunlara uyub özümüzü yeni fəlakətlərə sürükləyirik… Elə ki, kimsə bizə düşdüyümüz eybəcər durumunu gösrətməyə çalışır, o saat psevdo patriotlarımız şüvən qoparıb, az qala adamın dilini kəsməyə çalışırlar, özü də balta ilə. Ona görə də bizlər haqlı söz üzündən az başlar itirməmişik. Qorxusu yoxdur, BU VƏTƏNŞÜVƏN təfəkküdən BİR AZ ARALIDA dayanıb baxanda görürsən ki, başsız cəmiyyətdə başından istifadə etməyənlər də az deyil. Necə deyərlər başımızı dincə qoymuşuq, amma dincələ bilmirik… Ramil Səfərov hələ 2004-cü ildə Macarıstanda qatıldığı kursdakı erməni iştirakçısı Qurqen Markaryanı qətlə yetirdiyi və Budapeştdəki məhkəmələri dönəmində cəmiyyətdə onun davranışının düzgün oldub-olmadığı barədə “vətənpərvərlərlə” “vətən xainləri” arasında qızğın mübahisələr gedirdi. Müharibədən məğlub çıxmış, Qarabağı itirmiş, atəşkəs rüsvayçılığı ilə barışmış, başı qarnına qarışıb sivil cəmiyyət də qura bilməmiş, sərvətləri gözü önündə talanmasına rəğmən dilənçi kökünə salınmasına kor və kar olmuş millət sevdalıları, bütün bunlara qarşı nələrsə etməyə çalışmaq əvəzinə, öz təsəllisini bir ermənini baltalayan zabitin “qəhramanlığında” tapmağa çalışır. Bu gün Ramillə yanaşı YAP höküməti də bu cəmiyyətin gözündə eyni dərəcədə parıldaya bildi. Aztv-sindən tutmuş çox tv-sinə kimi yenə hamısı İlham Əliyevi tərifə tutdu, nəhayət əllərinə 2013 seçkilərinə təbliğata yarayacaq bir fürsət düşdü.

Səfərovun rəsmi qaydada ümum milli qəhrəman elan edilməsi onun davranışlarına haqq qazandıranların düşüncələrinə bir legitimlik vermiş oldu. Təbii ki, psevdo vətənpərvərlər də qarşılıq olaraq bu ekstradisiya olayına bütün qanun pozuntularına rəğmən daha möhkəm “şəpit” çalmağa başladılar. Halbuki, Qarabağ savaşının acısını yaşamış, vətənindən didərgin düşmüş, neçə əzizi şəhid olmuş Ramil Səfərovun sonrakı faciəsi heç də yalnız onu təhqir edən bir erməninin cavabını yerində verməyə cəsarəti və ya əqli qabiliyyətinin çatmaması, bəlkə də psixi durumu imkan vermədiyindən onu yataqda yatarkən öldürməsində deyildi. Onu belə vəziyyətə salan, ömürlük hökmü də qazandıran bu məzlum xalqın onu qəhrəman elan etməsi oldu. Öz hərəkəti ilə millətinə vəhşi imici qazandıran Ramili qəhrəman elan edən əzilmişlər, dünyanın gözündə daha qorxunc göründü. Bu gün xalqın 3 milyard avro pulu ilə onun qəhrəmanını vətəninə gətirib, onu əfv etməklə özü üçün xal qazanmağa çalışan hakimiyyət də bir vaxtlar Ramilin məhkəmədə normal müdafiəsini belə təmin edə bilməmişdi. Yadımdadı insanlar qapı-qapı düşüb Səfərovun vəkili üçün pul toplayırdı. Bu hoqqalar olmasa, hökümət zabitinin vaxtında yanında ola bilsəydi, Ramil daha az ağır cəza alar və bəlkə də çoxdan ölkəsinə ekstradisiya olunardı. Adamın həyatını məhv edənlər ölkəni də biyabır etməkdən yorulmaq bilmir, çala-çala onu ölkəyə gətirir, macarlarla rəsmi sövdələşməyə, ölkə qanunlarına tüpürüb onu azadlığa buraxır, birdən-birə mayor edib dünyanı bizə güldürürlər. Bir sözlə bu olaylardan həm Ramil itirdi, həm xalq, həm də dövlət. Bəs qazanan kim oldu? Əlbətdə ki, neçə il sonra canfəşanlıq edən heydərizm. Tax-tacının ömrünü uzatmağa çalışan YAP illər boyu bu cür xalqa düşmən uydurub sırmaqla, insanları müharibə xofunda saxlamaqla oyunlar oynayıb. Axı kimdi bizim düşmənimiz? Torpaqlarımızı ermənilərə peşkaş edən, Qarabağ savaşının qurbanı olan əlil və şəhidlərinin heç bir dəyəri olmadığı, hər gün qeyri-müharibə şəraitində əsgər ölümlərinin adi hala çevrildiyi ölkədəki hakimiyyət, yoxsa bu müharibənin oyuncaqlarından birinə çevrilmiş kasıb Ermənistan? Elə ermənilər də bizim kimi az bədbaxt deyillər. Bu müharibədə əslində hər ikimiz uduzmuşuq. Ermənilər də dinc türk və azərbaycanlı vətəndaşlarını qətlə yetirənləri qəhrəman sanır, yazıq-məzlum durumlarına bununla sevinc qatmağa çalışırlar. Bizlər də bu məsələlərdə onlara bənzəyirik. İki yazıq xalq biri-birini düşmən sanır, ara-sıra onlar arasında nifrəti artıracaq hadisələr törədilməklə aranı daha da qarışdıraraq alver edirlər. Azərbaycanı da, Ermənistanı da bu zibilə salan, heç kimə sirr deyil ki, Rusiyadır. Vəziyyətdən yararlanan Azərbaycan hakimiyyəti təbii ki, əsl düşmənini görməməzlikdən gəlir və xalqın başını qatmaq üçün cılız düşmən sırımaqla məşğul olur. Axı kimsə düşmən obrazını oynamalıdır?! Heydərizmə Qarabağ lazım deyil, ona görə yox ki, Rusiya ilə vuruşacaq cəsarətdə deyil, səbəb müharibə şəraitinə olan ehtiyacdan doğur. Bir anlıq təsəvvür edin ki, müharibə bitib, artıq nə Ermənistan, nə Rusiya düşmən deyil. Bu zaman YAP höküməti xoxan deyib kimlə qorxudacaq milləti? Axı bu gün xilas üçün onun ətəyindən yapışan yazıq xalq, əsl düşmənini tanıya bilər? Bizlərə sırınan bu cılız düşmən fonunda Ramil Səfərovun əfv edilməsinin cəbhədə gərginliyi artıracağı da gözlənilən idi. Əlbətdə ki, düşməni də saxta olan xalqa qəhrəmanını qaytarmaq heydərizmin işinə təkcə seçkilərdə rəğbət qazanmaq baxımından yaramır. Bu həm də erməni və azərbaycan xalqı arasındakı nifrətdən güc alan hakimiyyətinin ömrünü uzatmaq üçün fürsətdir.

Təhminə Tağızadə

Əmcəyi kəsilmişlər


Uşaq ik
ən ilk dəfə “anasının əmcəyini kəsənlər” ifadəsini eşidəndə çox təsirlənmişdim, indi də bu sözlər mənə eyni çür ağır gəlir. Hər zaman düşünürdüm ki, bu cür alçaqlığa belə hazır olan şərəfsizlərin ayaqları altından görən torpaq niyə sürüşmür, bu dünya bundan da artıq namussuzluq görübmü ki, bu cür ağır oğraşlığa tab gətirir? Əcəba belə “oğula” döşündən süd verib, böyüdən anadırmı günahkar, yoxsa ana əmcəyini kəsən oğraşlar?

Bu sabah oyanıram və bir gənc mənə dəhşət dolu ifadələrlə yazdığı məktubunda bir videonun linkini atır. Sən demə dünəndən sosial şəbəkələr bu videoya görə partlayırmış, mən isə fil qulağında yatır, dünən çoxdan özlədiyim dostlarımla nəhayət görüşüb, yaxşı vaxt keçirdiyim üçün sabahımı daha xoş əhvalda açacağımı düşünürəm. Budur, videoya baxdıqca bədənim titrəyir, boğazım quruyur, əllərim əsirdi. Bir qadını iki polis yerlə sürütləyir, əynindəki paltarını cırıq-cırıq edir, soyundurub, yerdən-yerə yıxıb, çox mundarcasına onu aşağılayırdı. Sankı qadını bu kökə salmaqla özləri üçün əylənirlər. Ən maraqlısı da budur ki, şəhərin düz ortasında baş verən bu olayı hər kəs soyuqqanlılıqla izləyir və mənə görə bu insanlar o polislərdən də şərəfsizidirlər. Bir qadının faciəsini görür və göz yumarkən, axı anlamırlarmı ki, bu onların da başına gələ bilər? Neçə də sakitcə baxa bilirdilər axı? Bu səhnəyə heç cür ad qazandırmaq olmur, ən uydurma əxlaqsız, zorakı filmlərdə belə bu cür səhnə tapa bilməzsiz, üstəlik bu şərəfsizlər gələ polis ola. Bütün bunlar burnumun düz ucunda, Gəncədə baş verir?! Bax gör nə günlərə gəldik çıxdıq Nizami… Buna görəmi gorun çat verir sənin?!

Hələ də qulağımdan bu kəlmələr getmir, “ana-bacınız var”. Bu sözləri dayanmadan təkrarlayan qadın polislərin yadına olmayan namuslarını salmağa cəhd edir, onları qadınlığa qarşı ləyaqətlı davranmağa səsləyir. O yalvarmırdı, əsla. O bu vəziyyətə düşməsinin halına acıyır, bir qadın tək fəryad edir. O anda ayaqlar altında tapdanan qadın deyildi, kişilik namusu idi, cinsindən asılı olmayaraq kişilik adının libasını itirib çılpaqlaşdığı, şərəfsizləşdiyi an idi. Bu anı bir millət olaraq hamımız əbədi olaraq taleyimizə yazdıq. Bu rüsvayçılıqdan heç yerə qaça bilmərik, bu səs bizi hər yerdə təqib edəcək, “ana-bacınız var, ana bacınız var, ana bacınız var…”, artıq hamımız əmcək kəsənik bu gündən. Anasının əmcəyini kəsən. Bacısının namusuna sataşan. Çünki budur bu gün bizim millət, biz bu şərəfsizliyə imkan verdik, biz belələrinə etibar etdik ana-bacılarımızı, namusumuzu. İndi kim deyə bilər bizim namusumuz var?

Belə birisinin anası olmaqdan qorxuram

Normal cəmiyyətlərdə belə hallara görə Daxili Işlər nazırı, həmin an istefa verər, belə halı peşəsinin şərəfinə yaraşdırmazdı. Bizdə isə bu cür mundarlıqlar hansı strukturda baş verməyib ki? Əsgərləri zorlanan, öz zabiti tərəfindən öldürülən bir ölkədə kim gördü istefa verən Müdafiə nazirini? Təbii normal cəmiyyətlərdə belə hallar çətin ki, baş verə, çünki onların rejiminin başında oturanlar bu cür namussuzluğa zəmin yaratmazlar. Bu qadınla bağlı halda da hətta durub qızarmadan, biyabırcasına bəyan edirlər ki, “ola bilsin ki, bu video uydurmadı”. Elə bil əmcək kəsmək üzrə yarışa giriblər. Bu qədər də şərəfsizlik harda görülüb indiyəcən?

Düşünürəm ki, tutalım bunlar heç də olmayan namuslarına gəldikləri üçün deyil, cəmiyyətin təpkisindən bu iyrənc, leş iyi verən rejimin xislətinin bariz nünunələri olan iki çaqqal polisi müəyyən etdilər, onların kimliyi bəlli oldu, bəs sonra? Nə üzlə onların ana-bacısı el içinə çıxacaq? İnanıram ki, onlar övladlarının belə mundar olacaqlarını bilsəydilər, daş doğmağı tərciyə edərdilər. Anlayıram ki, onların övladlarını daha çox nakişi edən bu mundar çəmiyyətin özüdür, bu cür polisinə, məmuruna tələbat yaradan əxlaqsız rejimin özüdü. Bu rejimin başında duranların arvadı, anası-bacısı el içinə zər-xarada çıxdıqları, parıladıqları halda mən bu polislərin ana-bacılara necə «hansı üzlə elin içinə çıxacaqsan?” deyə sual verə, onları ittiham edə bilmərəm? Amma edirəm, çünki sadə xalq da belə şərəfsizləşməməlidir. Adı insanlarımız, sıravi polis anası belə namussuzluğa heç vaxt haqq qazandırmamalı, millətə bu çür şəfərsizliyi adı hal kimi aşılamamalıdırlar. Əks halda mən gənc də olsam utanmadan (tay bu cür əxlaqsız millətin nümayəndəsiyəm, nədən utanacam, bundan oyanası yoxdur) bəri başdan bu ağbircək analarımızdan soruşüram, nə haqqınız var bu millətin gözünün içinə baxmağa ay əmcəyi kəsilmişlər?! İndi mən sizin kimi qadınlara baxıb necə ana olmağı arzulayım? Sizin təqdir etdiyiniz namussuz cəmiyyətdəki şərəfsizlər kimi mən necə oğul-qız gətirim dünyaya?

Təhminə Tağızadə

Hətta onlardan kimsə sizin övladınız, atanız, qardaşınız, övladlarınızın atası, sevdiyiniz birisi olsa belə.

Kişilik kəlməsinin bu qədər ucuzlaşdığı, daha doğrusu təcavüzə məruz qalıb zorlandığı, onu daha çox cinsi mənsubiyyət səbəbilə üzərində daşıyan nakişilərin artığı bir zamanda, artıq qadınlığımdan da utanmağa başlayıram. Özümü belələrinin əhatəsində görəndə, həm də utanıram ona görə ki, görəsən bu kişiləri böyüdən analar, onların hər dərdinə ürəyi yanan bacılar, belələrindən uşaq dünyaya gətirən qadınlarımız necə, onlardamı bu qədər nakişi çıxıb? Əgər bu cür canlıları böyüdən, əzizləyib, sevən qadınlarımız öz hərəkətlərində səmimidirsə, kişilikdən uzaq biriləri ilə hələ qürur duyub, öyünürlərsə, lənət olsun belə qadınlığa da!!!

Yerə soxum belə kişiliyi!
Bu günləri də gördük, amma niyə ölmədik bilmirəm?! Kişi deyə çağırdıqlarımızın yaxasına “broşka” vurub vəzifə, yal üçün hər şərəfsizə hürüdüyünü, kişilərin kişilərə az qala qadın tərifinə bənzər mədhiyyələr dediyini, qul tək istismardan yana, hər cür zorlanmağı da peşə borcu bilən, olmayan ruhunu belə pulla iblisə də satmağa hazır olan şərəfsizlərin namusdan dərs deyib, başqalarına kişilik öyrətdiyi və daha nələr, nələr gördü bu kor olası gözlərimiz…

Bu ölkənin qadınları namussuza kormu oldu?

Bu qədər şərəfsiz görüb də, görmə qabiliyyətini itirmək bəlkə də təəccüblü olmaya bilər, lakin bunları görməzlikdən gəlmək,  bu namussuzların günahına şərik olmaqdan da betərdir. Vay bizim halımıza ki, bu vicdanı korlar biz qadınlar olaq…

Axı marqlıdır ki, bu qulların hakim kəsildiyi Azərbaycan cəmiyyətində 15 yaşlı məktəbli küçədən keçərkən etirazçılara qoşulub, azadlıq diləyini dəftərindən qopardığı bir parça kağıza yazıb, ifadə etmək istəyərkən qolu zorlular tərəfindən bir qaranlıq küncə sıxılıb başı yarılırsa, bu gün özü də övlad böyüdən qadınlarımız buna nə haqq qazandırır? Əlini uşaq qanına bulayan kişinin bu yolla qazandığı çirkli pullarla öz balalarını necə yedirdib, böyüdə bilir?

Əgər bir ölkədə ki, polisi, məmuru onun kimi qul olmağı bacarmayan qadına şər atır, ona zor göstərməyi, öz qul təfəkkürü ilə adını şərəfsiz etdiyi peşəsinin borcu bilirsə, ay bacılar, mənə siz deyin, beləmi olmalıdır bizim qardaşlarımız?

Bəs sevdiyimiz kişilər necə, onlardamı qadını ayaqlar altına atıb tapdalamalı, bunu yaxşı bacarmaq üçün xüsusi təyinat keçib, bu qoçu rejiminin “kişilik məktəbini” qadınları sürütləməkləmi sərgiləməlidir? İndi siz mənə deyin, bəyəm bu cür nakişiləri kişi gözündə görüb, onları sevən biz qadınlar deyilik?

Necə olur ki, ölkədə bu qədər nakişı var? Köbələk, zaddırlar bəyəm, yerdən çıxalar? Onları biz qadınlar dünyaya gətirmişik, nakişilərdən. Nakişilərin haram pulları ilə biz böyüdüb, tərbiyyə etmişik. Bizlərik onları namussuz olduğunu bilə-bilə sevən, ata, qardaş, oğul, yar deyib çağıran. Millətimizi bu günə salan nakişilərə görə də, təqsir bu gün biz qadınların üzərinə düşür. Zərif çiyinlərimizə bu qədər günahların yükünü niyə rəva bilirik? Belə nakişilərə görə, gələcəyini məhv etdiyimiz millətin qarşısında bu günahların ağırlığını qaldırmağa gücümüz çətin ki, yetə. Bəs bu iyrənc oyunda hələ də oynamağa üzümüz necə kəsir?

Niyə “kişilər”imiz sadəcə adam olmağı bacarmır?

Həyatımın ən dəyərli insanı, bir nömrəli kişisi hər zaman atam olub. O əslində mənə kişiliyə, mənliyə dair heç nəyi kəlmələrlə, bu sayaq şeylərlər öyrətməyib. Onun timsalında təmiz insan olmağı, ləyaqətli yaşamağı, bir ömür boyu kişilik şərəfinə ləkə salacaq bir addım atmamağa çalışmağın nə olduğunu görmüşəm. Əslində atamın davranışlarında  qəliz olan heç nə yoxdur, o sadəcə həyatını düzgün adam kimi yaşamağa çalışır. Onda gördüyüm şəxsiyyətin parıltısı həyatımda rastaşdığım Azərbaycan sayağı, milli brendimiz olan mental “kişilər”imizdəki son zamanlar kişi kəlməsinə zorla sırıdığımız keyfiyyətləri hər zaman kölgədə qoyub, müqaisədə ulu günəş və böyük şəhərlərin çirkli dumanlığı qədər fərqli görünüb. O, hər sabah mənə sevə-sevə nahar hazırlayıb, daha sonra dərsə, işə yola salarkən üzümdən öpüb, arxamca pəncərədən boylanaraq əl etməyi belə əksər “mental”larımızdan fərqli olaraq heç zaman kişiliyi üçün əsgiklik bilməyən, əksinə bu cür qayğıkeşliyi ilə əzizlərinin gözündə hər zaman yüksəkdə olan bir kişidır.

Mən özümlə bir növ cəmiyyətimə atamdan mənə ötürülən ən dəyərli xüsusiyyətləri daşımağa çalışıram, onun kimi adam olmağa cəhd edirəm. Bəs ey ana-bacılar, sizin övladlarınız kişilərinizdən onlara qalan hansı dəyərləri, keyfiyyətləri gətirəcək cəmiyyətə? Onları adam edib, kişi sanıb, bu cəmiyyətə əli muzdlu polis, qolu zorlu qoçu, şərəfini 5 qəpiyə satan ləyaqətsiz məmur kimi sırıyanda bunun məsuliyyətindən sizə da pay düşdüyünü sanmırsızmı? Əmin olun, sabah sizin əzizləriniz də cəmiyyətə verdiyiniz bu namussuzların qurbanına çevriləcək. Şərəfsizlərin yox, bu millətin ana-bacısı olun, namussuzlardan üz çevirin! Çevirin ki, sabah bu millətin balalarının gözünə baxmağa üzünüz olsun…

Təhminə Tağızadə

Xocalı faciəsini hiss et!

Hələ uzun müddət Xocalı acısını içində daşıyan, yuxularında belə onun dəhşəti ilə gecə qarabasmalarından diksinib oyanan minlərlə soydaşımızın yaşantılarını öncə duyub hiss etməli, sonra da hiss etdirməliyik.  

Xocalı faciəsi, Qarabağ savaşı uşaqlıq illərimə təsadüf etdiyindən, bu müharibənin sürdüyü dövürdən çox, özündən sonra buraxdığı açıları böyüdükcə həyatımda yaşamağa başladım. Yoxsul uşaqlıq illəri, yarı aç soyuq sinif otaqlarında və həyat yoldaşını Qarabağ savaşında itirmiş, bir oğlu ilə tək qalan alman dili müəlliməmin psixoloji pozğunluq səviyyəsinə çatan dürümü… Günü bu gün də tez-tez rastlaşdığım biganə qalmaq çətin olan iztirab dolu qaçqın taleləri… Azərbaycanda çoxları öz həyatında Qarabağ savaşının açılarını müharibə illərində, ondan sonra yaşamış, elə bu gün də yaşamaqdadır. Kiminin qismətinə bu acıdan az, kiminə isə çox düşüb. Kimlərin isə bütün taleyi bu müharibə ilə puç olub. Savaşlardan birində həyatını, əzizini, əsgər balasını və bütünlüklə ailəsini itirənlər oludu. Kimisi vətənini, sevdiyi şəhərinin doğma küçələrini, isti ocağını və buradakı xatirələrini, uşalığını, gəncliyini qoyub gəldi bu savaşdan. Yeni xatirələri isə Qarabağla həm keçmişdir, həm də bu gün. Hər gün onunla yaşayan, keçmişindən gələcəyinə daşıdığı açı bir xatırə…

MEDİADAKI FACİƏ HAQDA REPORTAJLARDAN UZAQ DÜŞƏN TALELƏR

Sabah, 26 fevral, o bəlalı günün 20-ci il dönümü gəlir. Bu günlərdə hamı Xocalı faciəsindən, onun həqiqətlərini dünyaya tanıtmaqdan danışır. Haqlı olaraq, bunu bir növ özünə borc bilir. Amma nədənsə efirlərdə, hər yerdə bu faciədən tarixi hadisə kimi danışılır, hər kəs Xocalıda körpəli-ahıllı qətlə yetirilmiş insanların meyitlərini əks etdirən kadrları, fotoları göstərir. Qeyrətə gəlib film çəkənlər də oldu. Bir anlıq adamda elə təəssürat yaranır ki, o günün acılarından bu günümüzə qalan bir tək tarixi faktlar, statistik rəqəmlər və bu görüntülərdir. Halbuki, Xocalı acısını özü ilə bu günə daşıyan minlərlə xocalılı var aramızda. Onlar heç də uzaqda deyil, bizimlə birgə yaşayır, eyni mağazadan alış-veriş edir, eyni qayğıları bölüşürlər. Lakin çoxlarımızdan fərqli olaraq onlar, həm də Xocalı dərdini ürəklərində ömürlük yük tək daşımaq kimi bir taleyə də məhkumdurlar. Hanı indi bu insanlar? Niyə onlar danışmır bizim efirlərdə, jurnalist materiallarında görünmürlər? Niyə biz onların dilindən eşitmirik Xocalının o qaranlıq çökən vəhşət dolu 26 fevral tarixindən? Onlar ən yaxşı canlı tarix, ən yaxşı kadr, ən gözəl nəql edəndir o günü. Tək Gəncənın Hacıkənd qəsəbəsində 1350 Xocalı qaçqını yaşayır. Onların sırasında 26 fevralda əzizini itirməyən, o vəhşiliklərin şahidi olmayan az xocalılı tapılar.
İLYARIMIM HƏLƏ DƏ DAVAM EDƏN İZTİRABLARI

yaxud erməni əsirliyinin yurdumuzda yaşamaqda olan canlı tarixçəsi – Quliyevlər ailəsi

Yadıma təxminən 8 il öncə reportaj hazırlamaq üçün Göygölün qaçqınlar məskunlaşan Murovdağ qəsəbəsində qonağı olduğum Quliyevlər ailəsi düşdü. Beş nəfərdən ibarət olan bu kəlbəcərli ailə il yarım erməni əsirliyində olub. Səmayə ananın söhbətindən bir sitat gətirirəm:

“Erməni əsirliyində ailəlikcə başımıza gətirilənləri, orda öz millətimizə verilən işgəncələri, vəhşilikləri yada salmaqdan qorxuram. Balaca oğlum indi də bərk səs eşidəndə, elə bilir güllə səsidi, qorxduğundan qaçıb çarpayının altına girir. Yoldaşımın bədənində hələ də beş güllə qəlpəsi var, gözünün biri yumulmur, gecə azı 5 dəfə yastıq üzü dəyişirəm. Gözü su verir, o da balınca düşüb çürüdür onu. Qolunda “fır” yoxdur, böyründə yekə güllə qəlpəsi var, biləyindən yuxarı sümüyünün də içi “asqoldu”. Əgər şişib “qanqrena” versə, əli kəsilməlidir. Güllə qızımın ürəyindən keçib kürəyini aşmalayıb. Onun bədəninin bir hissəsi maşın alovlananda yanıb. Yoldaşımın və oğlanlarımın ikisinin də qarınları təpik, “dubinka” ilə döyülməkdən çirılıb. Dəfələrlə olub ki, uşaqlarımı ermənilər döyəndə, qabaqlarına keçmişəm, boynumun arxasından “dubinka ilə vurublar, onların üstünə ölü yıxılmışam. Hamımız yarımcanıq, müalicə olunmalıyıq. Mənim balalarımın nə çəkdiyini bir mən bilirəm, bir də Allah. Danışıram, anayam, həyacanlanıram. Gözümün qabağına gələndə istər-istəməz dəli sifətinə düşürəm”.

Bu sitatdan daha dolğun, canlı və daha inandırıcı hansı foto, hansı kadr, Qarabağ savaşının xalqımıza gətirdiyi bəlalardan pafoslu, süni səs və şablon cümlələrlə danışmağa alışan hansı jurnalist cümləsi, hansı rejissor səhnəsi ola bilər? Bu müsahibədən sonra hazırlanan məqaləm üçün mənim jurnalist kimi bacarıqlarımı itiləməyə heç ehtiyac qalmamışdı. Burda Qarabağ faciəsində millətimizin başına gətirilənlər və bu acını yaşayanların bu günü haqqında elə səhnələr, elə faciəli talelər, real qəhrəmanlar var idi ki, əlavə fantaziyaya, təxəyyülü işə salmağa ehtiyac qalmamışdı. Yaşadıqları Kəlbəcərin Günəşli kəndini tərk etməli olanda, erməni əsgərlərinin onların maşınlarını atəşə tutması nəticəsində 5 qohumunu itirən, ailənin başçısı Tahir Quliyev isə həmin gündən başlanan ilyarımlıq əsirlikdə gördüyü vəhşiliklərdən bunları nəql edir:

“Bir dəfə məni 15 günlüyünə ayrı yerdə saxlamağa apardılar. Orda o qədər döyülmüşəm ki, yenə bir möcüzə ilə sağ qalmışam. Qardaşım Qoşqarı “dubinka” ilə o qədər döymüşdülər ki, indi də bədəninin yara olan yerlərində dərisi tez-tez soyulur. Ermənilər əsirlərimizdən kimisinə şüşə, kimisinə sement yedizdirib öldürürdülər. İnsanların damarına benzin vururdular, bədəni çürüyürdü. Günlərlə iri soyuducularda saxlayırdılar, başları nə böyüklükdə şişirdi, iki gün keçmirdi ki, ölürdülər. Qaldığımız palatada gündə biri ölürdü, heç basdıran da tapılmırdı, meyitlər günlərlə qalıb iylənirdilər. Həftədə bir neçə dəfə, bizim yaşlı əsirlərimiz var idi, onlar gəlib, meyitləri basdırırdılar. Ermənilər isə itlərini dadandırmışdılar, bizimkilər ölünü basdırıb, aralanmağa macal tapmamış, itlər gəlib cəsədi dartıb çıxarır, parçalayırdılar”.

YAXŞI NÜMUNƏR DƏ VAR
Bu günlərdə əcnəbi müğənni Tony Blackman və Dəyirman qrupunun “Justice for Khojaly” (Xocalıya ədalət) klipini izlədim, əvvəllər də onu görmüşdüm, lakin hər dəfə biganə qala bilmir, göz yaşlarımı saxlamaqda gücsüz oluram. Çünki orada Xocalıda ailəsini itirən, həmin soyuq-qarlı qış gecəsində erməni əsgərlərindən qaçarkən gözü önüdə balaca bacısı güllələnən, üzündə o gecədən capıq izləri qalan, ayaqlarından məhrum olan bir xocalılı qız, öz yaşantılarını danışır. Rejissora isə qalan bu qızcığazın başına gələnləri canlandırmaq oldu. Bir daha soruşuram, Xocalı faciəsini dünyaya, gələcək nəsillərə ötürmək istəyənlərdən, belə xocalılar azdırmı? Niyə heç olmaya 26 fevral ərəfəsində bu missiyanı imitasiya etməyə çalışan media mənsublarımızdan birinin nümayəndəsi bu xocalıların qapısını döymür, onların özlərinə o günün həqiqətlərini danışmağa imkan vermirlər? Özlərini həqiqətənmi Qarabağ faciələri haqda bu insanlardan daha yaxşı xəbərdar sanırlar? Kəlbəcərlilər, laçınlılar, xocalılılar Qarabağ savaşı açılarını bizim mediadan fərqli olaraq tək işğal günləri ərəfələrində yad etmir, onlar bu faciələrlə yaşayırlar. Xocalı faciəsini də hiss etmək və hiss etdirmək istəyənlər isə öncə bu insanların nələr hiss etdiklərini duymalıdırlar.

Təhminə Tağızadə